Eyvaz Qurbanova `DUR` deyən olacaqmı?
“Oğuzun icra başçısı Eyvaz Qurbanov rayondakı meşələri məhv edir… — İcra başçısının qardaşı Mahir Qurbanov rayonun daş, qum, çınqılını satmaqla məşğuldur… Başçının qudası Elşad Yusifov isə dövlət vəsaitini talan edir…”

Belə bir başlıqlı xəbərlə Gundelikbaku.com saytı iddialı bir məlumat paylaşıb. Sayt Oğuz rayonu İcra Hakimiyyətinin Başçısı Qurbanovun həyat yoluna da nəzər yetirib: “Eyvaz Qurbanov 1963-cü ildə Oğuz rayonunda anadan olub, orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib və bir neçə il sonra, dəqiq desək, 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda oxuyub. 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, sonra deputat ola bilməyib və… 20 aprel 2011-ci il tarixdən bu günədək Oğuz Rayonu İcra Hakimiyyətinin başçısıdır. Fikir verdinizmi, bu adam 1984-cü ildə 1-ci kurs tələbəsi olanda ölkənin ən böyük Republika Stadionunun direktoru olub. Bu necə ola bilərdi..? Sonra bu adam 5 il Oğuzun deputatı olub və etimadı doğrultmadığı üçün 2-ci dəfə deputat olmayıb və Oğuzun icra başçısı olub…”

Sayt icra başçısının 12 illik fəaliyyətinə də diqqət yönəldib:

“Cənab başçı bu illər ərzində Oğuzun meşələrinin hesabına milyonlar qazanıb və yaşıllıqları məhv edib. Bu hələ harasıdır..? İcra başçısının qardaşı MAHİR QURBANOV Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-çınqıl istehsal edən şirkət sahibidir. Dəfələrlə Ekologiya Nazirliyi ona xəbərdarlıq etsə də, faydası olmayıb. Mahir Qurbanov da qardaşı kimi ağacları məhv edir, ekologiyaya ciddi ziyan vurur, çayın təbii yatağını məhv edir.

İndi isə keçək icra başçısının qudası Elşad Yusifovun əməllərinə. Bəli, Eyvaz Qurbanovun qudası, maliyyə idarəsinin rəisi olan Elşad Yusifov dövlət vəsaitlərini talayır, tenderləri öz yaxın qohumlarına, dostlarına verirlər. Oğuzlular deyir ki, icra başçısı ancaq öz qohum-əqrəbası üçün çalışır. Rayonda təmir-tikinti, abadlıq adı altında milyonlarla dövlət vəsaiti mənimsənilir.

Təsəvvür edirsiniz, icra başçısı Calut yolunun üstündəki 3 hektar ərazini qanunsuz olaraq satıb. İcra başçısı Oğuzun mərkəzində özü üçün ikimərtəbəli böyük ticarət mərkəzi tikdirib.

Deməli, icra başçısının bütün obyektləri yaxın qohumlarının adınadır. Oğuzda bir qarış da boş torpaq qoymayıb. Hamısını qohumlarının adına özəlləşdirib. 5 hektar torpaq sahəsinin bir sotunu 5-6 min manatdan satır. Dövlətin Oğuzdakı yola ayırdığı 4.5 milyon manat mənimsənilib.

Bu adam özü Oğuzlu olsa da, sanki bu yurda qənim kəsilib. İcra başçısının adamları gün ərzində Oğuz meşələrindən ən azı 20 «Kamaz» odun daşıyırlar. Bir «Kamaz» odunun qiyməti 600 manatdır. Dövlətin yol tikintisinə ayırdığı pulların hesabına icra başçısı Oğuzun kəndlərinin birində 3 mərtəbəli villa tikdirib. Rayondakı bütün yol, tikinti, inşaat, abadlıq işləri ancaq iki şirkətə verilir: “Rövşən Oğuz Qrup” və “Uğan” MMC. Bu şirkətlər də icra başçısının özünə yaxın şəxslərə məxsusdur…”

Yəqin, T.Bəhramov stadionunda direktorluğu dövründə Eyvaz Qurbanovun gözü top diyirlənən hamarlığa, düzənliyə öyrənişib. O üzdən Oğuzun da ağaclarını məhv edir ki, əl-ayağa dolaşmasın. Amma stadionda “keçəl” yerlər olsa da, heç olmasa bir az yaşıl qazon tapılırdı. Əgər Eyvaz Qurbanova “qırmızı kart” göstərilməsə, Oğuzda yaşıllıq adına heç nə qalmayacaq.

“Deryaz.az”
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti